Millət vəkili korrupsiya görə intihar etdi

Cənubi Koreyada müxalifətdəki Ədalət Partiyasının millət vəkili Ro Ho-Çan intihar edib.

Axar.az xəbər verir ki, bu addımı millət vəkili haqqındakı korrupsiya iddialarına görə atıb.

Paytaxt Seulda yerləşən binalardan birinin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən millət vəkili xalq arasında dürüst və islahatçı siyasətçi olması ilə tanınıb.

Ro Ho-Çan ölümündən öncə yazdığı qeyddə 44 min dollar dəyərində rüşvət aldığını etiraf edib.