Millət vəkili: “Onu edənləri “İnterpol”la da axtarıb, tapmaq mümkün deyil?!”

Mən, vallah, bu “silinmək, silinməlidir” sözünü hələ də anlaya bilmirəm. Yeyirlər, dağıdırlar, gedirlər, sonra da cəzasını yeni bələdiyyə üzvləri çəkir. Bunu yığışdırmaq lazımdır. Yemisən, canın çıxsın, gəl, ödə”.
Xalq.az-ın məlumatına görə bu sözləri millət vəkili Fəzail İbrahimli parlamentin komitə iclasında deyib.
“Burada deyildi ki, borclar silinməlidir. Ay qardaş, bu nədir? “Kim bələdiyyəni yeyib, dağıdıbsa, gəlsin, canı çıxsın, ödəsin. Onu edənləri “İnterpol”la da axtarıb, tapmaq mümkün deyil?! – deyən millət vəkili sözügedən məsələnin qaranlıq məqamlardan xəbər verdiyini bildirib.