Millət vəkili Pərvin Kərimzadə yay düşərgəsi iştirakçılarının qonağı olub Foto

XALQ.AZ xəbər verir ki, Millət vəkili Pərvin Kərimzadə təbiətin dilbər guşəsində – Gəncənin Hacıkənd qəsəbəsində “Gəncə – Avropanın İdman Şəhəri 2019” layihəsinin təbliğatına həsr olunan yay düşərgəsi iştirakçılarının qonağı olub.

Yay güşərgəsi Gəncə şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Gənclər Fondunun, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, YAP Gəncə şəhər Təşkilatının, “Gəncə Avropa Gənclər Paytaxtı 2016″ İctimai Birliyinin və Azərbaycan Skautlar Assosiasiyasının dəstəyi, “Gələcəyə Körpü” Gənclər Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

“Tarixən hər bir ölkə xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənclərə bağlıyır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual gənclərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bir ölkənin gənc təbəqəsinin dünyagörüşlü, intellektual formalaşmasında onun asudə vaxtını necə keçirməsi də böyük əhəmiyyət daşıyır”- deyə millət vəkili layihənin əhəmiyyətini xüsusi ilə vurğulayıb.

Pərvin Kərimzadə ölkə Başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən danışıb. Ölkədə həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan şəraitdən söz açıb. Millət vəkili məhdud imkanlı insanların cəmiyyətə inteqrasiyası, dövlət tərəfindən onların sosial rifahının güclənməsi daim diqqət mərkəzində saxladığını da vurğulayıb.

Düşərigədə ölkənin müxtəlif regionlarından bir araya gələn 85-ə yaxın gənci ilə səmimi keçən söhbət  zamanı dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu müzakirə mövzusuna çevrilib.

Sonda səmimi və maraqlı görüşdən xatirə şəkillər çəkdirilib.

 

 

 

Orxan