Millət vəkili seçicilərlə görüşdü-Fotolar

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov Saatlı rayonunda seçicilərin bir qrupu ilə görüşüb.

XALQ.AZ məlumat verir ki, seçicilər əsasən əkin sahələrinin suvarılması ilə bağlı problemlərini dilə gətiriblər. Bu xüsusda bildirilib ki, Araz çayı vasitəsilə suvarmanın həyata keçirilməsi effektiv deyil. Problemə kompleks yanaşılması üçün Kür çayından əlavə kanalın çəkilməsinə ehtiyac var. Ə.Amaşov yerindəcə bunun mümkün vasitələri ilə bağlı əlaqədar dövlət qurumlarının təmsilçiləri, həmçinin sahə ekspertləri ilə təmaslar yaradıb. Məlum olub ki, sözügedən kanal təxminən 17-18 kilometr uzunluğunda olmalıdır. Deputat mövcud istiqamətdə yuxarı instansiyalar qarşısında məsələ qaldıracağını bildirib.

Seçicilər həmçinin sosial, kredit, səhiyyə və təhsillə bağlı problemlərinin həlli istiqamətində də fikirlərini bildiriblər. Bir sıra məsələlər yerindəcə həllini tapıb, bəziləri nəzarətə götürülüb.

Qeyd edək ki, deputat Əflatun Amaşov Saatlıda həmçinin Açıq Əyləncəli Futbol Məktəbinin açılışında iştirak edib. Rayonun Tarix Diyarşünaslıq Muzeyində yaradılmış şəraitlə, yeni sənət nümunələri ilə tanış olub.

На данном изображении может находиться: Aflatun Amashov, сидит, стол и в помещении

На данном изображении может находиться: 2 человека, в том числе Aflatun Amashov, люди сидят, экран и в помещении

 

На данном изображении может находиться: 5 человек, в том числе Aflatun Amashov, люди стоят и в помещении

 

На данном изображении может находиться: 1 человек, стоит и костюм