Millət vəkili təhsil işçilərini təbrik etdi

“5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağrılan konfransda “Müəllimlərin statusu haqqında” ilk beynəlxalq sənəd qəbul edilib. Hal-hazırda dünyanın 100-dən çox ölkəsi bu günü qeyd edir”. Bu fikirləri millət vəkili Rauf Əliyev müəllimlərə ünvanladığı bayram təbrikində deyib.

Millət vəkili qeyd edib ki, Müstəqil Azərbaycanda bu bayramın keçirilməsi ilə bağlı sərəncam 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb: “Müəllim peşəsinə yüksək qiymət verən Ümumilli Lider Heydər Əliyev deyirdi: “Həyatını müllimliyə həsr edən insanlar həqiqətən fədəkar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları milli təhsilimizin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, respublikamızda təhsil sahəsinin hərtərəfli inkişaf etdirilməsinə xüsusi qayğı ilə yanaşır. Beynəlxalq Müəllimlər Günü ərəfəsində bir çox qabaqcıl təhsil işçilərinin dövət başçısının müvafiq Sərəncamı ilə fəxri adlarla təltif olunması buna bariz nümunədir.

Respublikamızda çalışan bütün təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasbəti ilə təbrik edirəm, onlara bu çətin və eyni zamanda çox şərəfli vəzifələrinin yerinə yetirilməsində yeni-yeni uğurlar arzu edirəm”.

 

 

Orxan