Millət vəkilinin оğlu məhkəmə qarşısında

 

Sabiq deputatın oğlu dələduzluğa və mənimsəməyə görə həbs edilib.

XALQ.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1983-cü il təvəllüdlü Məmmədov Elvin Dünyamalı oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Elvin Məmmədov həbs edilənə qədər “Happy Baku” MMC-nin direktoru olub. İş üzrə iki nəfər zərərçəkmiş var. Məmmədov hər iki şəxsdən birgə biznes qurmaq adı ilə pul alıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 95 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib.