Millət vəkili at belində

D-2

Lerikdən olan millət vəkili İqbal Məmmədovun at sürmək məharəti üzə çıxıb. 

XALQ.AZ-ın məlumatına görə, deputat at üstündə ən çətin hərəkətlərdən birini – şahə qalxmanı edib.

İ.Məmmədov at sürməsilə bağlı fotoları Facebook səhifəsində yerləşdirib. Millət vəkili öz statusunda bildirib ki, o, doğma obası olan Leriklə nəfəs alır: “Bizim demək olar ki, asudə vaxtımız olmur. Ancaq, azacıq da olsa vaxt tapan kimi özümü Lerikə çatdırıram. Təbii ki, rayonda da tedbirlər və daim seçicilərlə keçirdiyimiz səyyar qəbullar proqramımızı boş saxlamır. Stresli və gərgin iş yorğunluğundan dincəlməyim isə çox sevdiyim atlarla mümkün olur. Ümumiyyətlə sevdiyim iki idman növü var: yay aylarında at sürmək, qışda isə xizək. At insanlara xidmət üçün yaradılmış ən sədaqətli heyvanlardandır.”

D-1

D-2

D-4

D-5

D-6

D-7