Millət vəkili “Bilik günü” münasibəti ilə təbrik etdi

 

2

 

Əziz şagirdlər, tələbələr, müəllimlər və valideynlər! Sizləri “Bilik günü” münasibəti ilə səmimi qəlbdən təbrik edir və startını verdiyimiz tədris ilini müvəffəqiyyətlə başa vurmağınızı arzulayıram. Hər hansı bir dövlətin və ya millətin gələcəyi və söz sahibi ola bilməsinin tək açarı elmə və təhsilə göstərdiyi diqqət və əldə etdiyi müvəffəqiyyətlərdir. Bu gözəl gündə rayonumuzda yeni tikilmiş Vizəzəmin və əsaslı təmir olunmuş Mastayıl kənd ümumi orta məktəblərinin açılışında iştirak etməyin qürurunu sizlərlə paylaşıram. Hər iki məktəb 180 şagird yerlik olmaqla müasir standartlar səviyyəsində inşa edilmişdir. Açılış zamanı məktəblərin veteran müəllimlərinə və 1-ci sinfə qədəm qoyan balalarımıza təbrik edirəm.

3 4 5 7 8 9