Millət vəkili: “Dövlətin əsas məqsədləri iqtisadi dayanıqlılığın qorunub saxlanmasıdır”

Cənab Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində keçirilən müşavirədəki çıxışı göstərdi ki, koronavirus pandemiyası kimi problemlər ancaq səmərəli dövlət idarəçiliyi qarşısında acizdir.

 Bunu  açıqlamasında  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin üzvü Məşhur Məmmədov Azərbaycan Prezidentinin aprelin 14-də 2020-ci ilin birinci rübünün yekunların həsr olunmuş  müşavirə haqqında mövqeyini aşıqlayarkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər, tövsiyyələr  koronavirus pandemiyası, həm də postpandemiya dövründə ölkəmizdə  həyata keçirilən tədbirlər istiqamətində atılan və atıacaq  addımlarının “yol xəritəsi”  kimi dəyərləndirilməlidir. “Ölkə başçısının çıxışı bir göstərdi ki,  səmərəli dövlət idarəçiliyi istənilən problemin öhdəsindən alyiqincə gəlməyə imkan verir. Məhz xalqın maraqlarına xidmət edən səmərəli dövlət idarəçiliyi nəticəsində istənilən böhrandan minimal itkilərlə çıxmaq olar. Neəc ki, biz Azərbaycan prezidenti İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın rəhbərliyi  timsalına şahidi oluruq. Biz təkcə ölkə rəhbərliyinin koronavirus pandemiyası dövründə deyil, bundan öncə baş verən qlobal maliyyə-iqtisadi böhran zamanı şahidi olmuşuq. O zamanda cənab Prezidentin çevik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan minimal itkilərlə vəziyyətdən çıxaraq, növbəti inkişaf mərhələsinə qədəm qoyub. Koronavirus pandemiyasının ilk günlərindən etibarən Prezident və Birinci vitse-prezident  proseslərə zamanında   çevik reaksiya verərək, tapşırığı əsasında   infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması, az itkilərlə vəziyyətdən çıxmaq   istiqamətində ciddi tədbilər planı hazırlanaraq  həyata keçirildi.

Məhz  görülən məqsədyönlü və zəruri tədbrilər nəticəsində vəziyyəti nəzarətə götürmək oldu. Əks halda ölkə başçısının da söylədiyi kimi zamanında bu işlər görülməsəydi vəziyyət faciəvi şəkil alardı. Görülən təbrilər nəticəsində həm koronavirus pandemiyasının yayılmasının qarşıaının alınması, həm  bunun nəticəsində insanlara, ölkə iqtisadiyyatına mənfi təsirlərin aradan qaldırılması istiqamətində addımlar atıldı. Ölkə başçısının tapşırığına əsasən sosial paket hazırlandı. Sosial paketə uyğun  olaraq  ölkədə iqtisadi fəallığın, makroiqtisadi sabitliyin qorunmasına, sosial dəstəyə ehtiyacı olan şəxslərə dövlət dəstəyi göstərilməyə başlanıldı.Sosial paket 1,9 milyondan çox insanın sosial müdafiəsinə yönəldilib. Bu məqsədlə dövlət büdcəsindən ilkin olaraq, 2,5 milyard manatdan çox vəsait ayrılıb.  Bu vəsait hesabəna eyni zamanda sahibkarlıq subyektlərinə öz iqtisadi fəallıqlarını bərpa etdirilməsi üçün dövlət dəstəyi proqramı da  hazırlanıb”- deputat qeyd edib.

 Deputat bildirib ki,  dövlətin əsas məqsədlərindən biri  iqtisadi dayanıqlılığın qorunub saxlanması, işsizlik probleminin yaranmaması, məşğulluq məsələlərinə böyük diqqət yetirilir və bu məsələ harınana tədbrilər planında öz əksini tapıb: “Bu məqsədlə büdcədən 2,5 milyard manat vəsait ayrılıb. Ayrılan vəsait   qeyri-neft sektorunun, sahibkarlığın və özəl sektorun inkişafına yönəldiləcək.  Bununla da  iqtisadi aktivliyi qoruyub saxlamaqla postpandemiya dövrünə hazırlıq  işləri görülür. Məqsəd postpandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Dövlətin iqtisadi siyasətinin əsas prioritetləri tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi olacaq. Bu çətin dövrdə dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Postkorona dövründə tikinti həm yeni dəyər, həm də məşğulluq yaradan, eləcə də multiplikativ effekti ilə digər sahələri də hərəkətə gətirən bir sahə kimi nəzərdən keçirilir. Tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası yaradılacaq”. 

Deputat əlavə edib ki, ölkə iqtisadiyyatına koronavirus pandemiyasənın mənfi təsirlərinin qısa zamanda və  az iki ilə çıxarmaq üçün  böyük imkanlar mövcuddur: “2020-ci ilin ilk 3 ayındakı iqtisadi göstəricilər bunu deməyə əsas verir. Belə ki,  Ümumi Daxili Məhsul 3 faizə yaxın, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olub.  Ölkə başçısının dediyi kimi əgər koronavirus olmasaydı artım daha da böyük ola bilərdi. Pandemiya nə qədər davam edəcək və iqtisadi fəallıq nə zaman bərpa olunacağı bəlli deyil. Buna baxmayaraq Azərbaycan ölkə rəhbərliyi bütün variantlara uyğun olaraq planlar hazırlayıb. Bütün bu tədbirlər bizi arxayın edir ki, cənab Prezident və Birinci vitse-prezidentin liderliyi altında hökümət vəziyyətə nəzarət edir və postpandemiya dövründə də Azərbaycan sürətlə inkişaf etməyə davam edəcək”.