Millət vəkili Dünya Səhiyyə Təşkilatının Qlobal Konfransında iştirak edib-Fotolar

Qazaxıstan paytaxtı Astana şəhərində Dünya Səhiyyə Təşkilatı və UNİSEF-in birgə təşkilatçılığı ilə “İlkin Səhiyyə Xidməti” mövzusunda global  konfrans keçirilib.

XALQ.AZ  xəbər verir ki, 25-26 oktyabr 2018-ci il tarixlərində Qazaxstanın Astana şəhərində Dunya Səhiyyə Təşkilatı (DST) və UNİSEF-in birgə təşkilatçılığı ilə “İlkin Səhiyyə Xidməti” mövzusunda konfrans keçirildi. “Health for All” şüarı altında keçirilən bu tədbirdə Dunya Səhiyyə Təşkilatının “Astana Deklarasiyası-2018” qəbul olundu.

150 ölkəni təmsilçilərinin  həmçinin  70 ölkənin səhiyyə nazirlərinin və nümayəndələrinin və eləcədə aidiyyəti dövlət qurumlarının və qeyri-hökümət təşkilatlarının 2200 nümayəndəsinin iştirak etdiyi tədbirdə “İlkin Səhiyyə Xidməti”nin 2050-ci ilə qədər olan yol xəritəsi təsdiqlənmişdir.

Konfransda ölkəmizi təmsil edən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, yeni qəbul edilən “Astana deklarasiyası-2018” DST və UNİCEF tərəfindən 1978 -ci ildə qəbul olunmuş və səhiyyədə davamlı inkişafın təmin edilməsində əsas rol oynayan “Alma-Ata Deklarasiyası-1978” in 40 il sonra yənidən modernləşdirildiyi və DST tərəfindən bütün dünya ölkələrinə 2050 ci ilə qədər tövsiyə edilən yeni və əsas yol xəritəsi oldu.

Bu tədbirdə ölkəmizi Səhiyyə Nazirliyi, Milli Məclisin Səhiyyə Komitəsi, İcbari Tibbi Sığorta Agentliyi, Azərbaycan Tibb Assosiasiyası, Dünya Səhiyyə Təşkilatının və Dünya Bankının Azərbaycan nümayəndəlikləri təmsil edirdi.

Düşünürəm ki, bütün dünya və eləcədə ölkəmiz üçün aktual olan bu global konfransda, Azərbaycan səhiyyəsinin gələcək inkişafında mühüm rol oynayan bütün qurumların birgə iştirakı çox sevindirici haldır.

Hamıya məlumdur ki, Prezidentimiz İlham Əliyevin  tövsiyə etdiyi Azərbaycan səhiyyəsinin gələcək dayanıqlı inkişafi, məhz bütün aidiyyatı qurumların tək məqsəd uğrunda, birlikdə və eyni hədəfə yönəlmiş sistemli addımları ilə mümkündür.

 

// XALQ.AZ


Comments are closed.