Millət vəkili görüşlər keçirdi

Milli Məclisin deputatı Kamran Bayramov öz seçiciləri ilə görüş keçirib.

XALQ.AZ xəbər verir ki, görüş Şəmkir rayonunun ən ucqar yaşayış məntəqəsi olan Nərimanlı kəndində seçicilərlə görüş keçirilib. Millət vəkili seçicilərin müraciətləri dinləyib, müzakirələr aparılıb müraciətlər nəzarətə götürülüb Müraciətlər əsasən qazlaşdırma, içməli su təminatı, sosial təminat, torpaq və digər məsələlər ilə bağlı olmuşdur.

Görüş  Daşkəsən rayonunda davam etdirildi, rayonun ən ucqar yaşayış məntəqəsi olan Çovdar və Quşçu kəndlərində keçirilib.

Müvafiq müraciətləri qəbul olunaraq, onların aidiyyəti üzrə göndəriləcəyi və həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib. Bununla yanaşı, seçicilərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə son ildə görülən işlər, həyata keçirilən islahatlar, imzalanmış mühüm sənədlər barədə ətraflı məlumat verilib.