Millət vəkili görüşlər keçirdi

Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Brüsseldə Avropa Parlamentində (AP) çoxsaylı görüşlər keçirib.

Görüşlərin məqsədi Azərbaycan ilə Avropa arasında parlament əlaqələrinin genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlıq yollarının imkanlarının artırılması olub.

XALQ.AZməlumat verir ki,  Avropa Parlamentində təmsil olunan siyasi qrupların və partiyaların rəhbərləri, eləcə də Qafqaz regionu üzrə AP-nin məruzəçiləri ilə keçirilən görüşlərdə regionda baş verən hadisələrdən danışılıb, cəbhənin təmas xəttində atəşkəs rejiminin ermənilər tərəfindən mütəmadi olaraq pozulması halları diqqətə çatdırılıb, Azərbaycanda aparılan siyasi və iqtisadi islahatların səmərəliliyi haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələrin davamı olaraq, növbəti görüşlər gələn həftə Parlamentlərarası Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə Strasburqda davam etdiriləcək.