Millət vəkili Hepatitlə bağlı təklif etdi

Qanira

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında də Hepatit B və C ilə bağlı xüsusi dövlət proqramının qəbul olunmasını təklif etdi.

Ölkəmizdə Hepatit B və C-nin getdikcə artdığını və bunun böyük insan sağlamlığı üçün böyük faciələr açdığını deyən millət vəkili Qənirə Paşayeva Hepatit C və B-nin artmasının qarşısının alınması, Hepatit B və C-dən əziyyət çəkən insanların müalicəsinə və əməliyyatına dövlət dəstəyini nəzərdə tutan dövlət proqramının qısa zamanda qəbul edilməsinin vacibliyini vurğuladı və qəbul olunmasına çağırdı: “Mərkəzi Neftçilər Xəstəxanasında qaraciyərlə bağlı həyata keçirilən 58 qaraciyər köçürmə, transplantologiya əməliyyatı zamanı aydın olub ki, 58 xəstənin 45%-nin qaraciyərinin bu vəziyyətə düşməsi Hepatit C, təxminən 40% Hepatit B mənşəlidir.

Təkcə son həftə Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsində həyata keçirilən qaraciyər köçürmə əməliyyatı zamanı məlum olub ki, xəstələrin 3-nün qaraciyərinin ağır vəziyyətə düşməsinə səbəb Hepatit C olub. Bu əməliyyatların qiyməti isə aşağı və orta əmək haqqlı Azərbaycan vətəndaşı üçün həddindən artıq bahadır.” Hepatit C-li xəstələrin qaraciyər köçürmə əməliyyatının 45 min manata, Hepatit B-li xəstələrdə isə qaraciyər əməliyyatında immunoqlobilinə ehtiyacı olduğu üçün 60 min manata başa gəldiyini deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, dünyanın hər yerində, o cümlədən ölkəmizdə də bu əməliyyatların baha olduğunu nəzərə alaraq və eyni zamanda icbari tibbi sığortanın tətbiqinə hələ nail ola bilmədiyimizə görə və Hepatit B və C-nin getdikcə artdığını nəzərə alaraq bir çox məsələləri özündə əks etdirən dövlət proqramına ciddi ehtiyac var. Millət vəkili həmin proqramda öz əksini tapması vacib olan bəzi təkliflərini səsləndirib:

  1. Hepatit B və C-yə yoluxma, ondan qorunma yolları, onun törətdiyi faciələr, zamanında müalicənin nə qədər önəmli olması ilə bağlı əhalinin geniş maarifləndirilməsi həyata keçirilməlidir.

  2. Əhali arasında Hepatit B-yə qarşı peyvəndin dövlət tərəfindən geniş şəkildə aparılması. Bu peyvənd üçün tələb olunan 3 iynənin birinin bugünki satış qiymətləri ilə 17 manata, ümumilikdə isə 51 manata başa gəldiyini və dövlət proqramı şəkilində dövlət tərəfindən həyata keçirilərsə, daha ucuz başa gələcək və əhalimizi Hepatit B-yə qarşı geniş şəkildə peyvəndini həyata keçirmək lazımdır və əhalinin bunun vacibliyi ilə bağlı geniş maarifləndirilməlidir. Biz bu peyvəndi geniş şəkildə həyata keçirə bilsək, peyvənd olunmuş insanlarımızın 95%-ni bu xəstəlikdən qoruya bilərik.

Millət vəkili çıxışında Tayvandda bu istiqamətdə həyata keçirilmiş proqramdan danışıb və bildirib ki, 2000-ci ildə qaraciyər xərçəngini araşdıran zaman görüblər ki, onların xeyli bir hissəsi Hepatit B qaynaqlıdır. Əhalinin kütləvi şəkildə peyvəndləşdirilməsindən bir neçə il sonra aparılan araşdırmalardan sonra görüblər ki, qaraciyər xərçəngi sürətlə azalır və Azərbaycanda da bu işləri aparsaq, qaraciyər xərçəngindən əziyyət çəkən insanların sayı xeyli azalar.

  1. Hepatit C ilə bağlı ciddi maarifləndirilmənin genişləndirilməsi və insanların Hepatit C ilə bağlı müəyyən bir müddətdən yoxlamadan keçməsinin təmin edilməsi

  2. Transplantologiya əməlıiyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması. Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, vətəndaş üçün 45 min manata başa gələn qaraciyər əməliyyatı 18% ƏDV-dən azad edilərsə, onun qiyməti xeyli azalar. Ölkədə icbari tibbi sığortanın tətbiq olunmadığını və insanlarımızın əksər hissəsininin tibbi sığortasının olmadığını nəzrərə alsaq transplantologiya əməliyyatlarının 18% ƏDV-dən azad edilməsi əhali üçün çox vacibdir.

5.Qaraciyər köçürmə əməliyyatlarının qiyməti daxilində dərman preparatlarının alınması və qiymətləri xeyli yer tutur. Əgər bu dərmanlar dövlət tərəfindən alınaraq təmin edilərsə, əməliyyatların qiyməti xeyli aşağı düşər və ƏDV-dən azad olunmaqla bərabər, əməliyyatın qiymətini 40%-ə qədər azalda bilər.

  1. Əhalinin bəzi təbəqələrinə qaraciyər əməliyyatlarının pulsuz və y yarıqiymətinə keçirilməsi.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, insanların müxtəlif müəssisələrdə və prosedurlar zamanı Hepatit B və C-yə yoluxma hallarının qarşısını almaq üçün ciddi nəzarət mexanizmlərinin həyata keçirilməsinə ciddi ehtiyac var. Millət vəkili deyib ki, bu məsələləri də özündə əks etdirən dövlət proqramının qısa zamanda qəbul edilməsi minlərlə azərbaycanlı ailəsinin dövlətimizdən xahişidir və onlar cənab Prezident İlham Əliyevin və ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə əhalinin sağlamlığı sahəsində ölkəmizdə həyata keçirilən çoxlu sayda dövlət proqramı və layihələr arasında bu məsələnin də öz əksini və həllini tapacağına inanırlar.