Millət vəkili Kərkük Kültür Dərnəyinin rəhbəri ilə görüşüb

Qanira

Millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva “Azərbaycandan Anadoluya könül körpüsü” layihəsi tədbirləri iştirak etməkçün ölkəmizdə səfərdə olan İraq türkmanlarının tanınmış nümayəndəsi, Kərkük Kültür Dərnəyinin rəhbəri, araşdırmaçı-yazar Şəmsəddin Kuzəçi ilə görüşmüş, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib

XALQ.AZ xəbər verir ki, rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər, o cümlədən Ş.Kuzəçinin də iştirakçısı olduğu son layihə barədə danışan millət vəkili bu tip layihələrin, görüşlərin xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdırdığını, qardaşları isə daha da doğma qıldığını deyib. O, qeyd edib ki, “…İraq, özəlliklə, İraqlı soydşalarımız, bizim “İraqlı azərbaycanlılar” dediyimiz türkmanlar vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir və orada yaşananlar hər zaman Azərbaycan tərəfindən daim diqqətlə izlənir. Özəlliklə, son günlər İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı bizi də dərindən narahat edir. Bu hadisələr zamanı qətlə yetirilmiş türkman qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Bu kimi halların təkrarlanmamasını istəyirik.
Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstutunun rəhbəri Qənirə Paşayeva Kərkük Kültür dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçiyə Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, film və materialları təqdim edib. Şəmsəddin Kuzəçi də öz növbəsində millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayevaya İraq türkmanlarının tarixi, mədəniyyəti, həqiqətləri ilə bağlı material, kitab və filmlərlə yanaşı İraq Türkmanlarının bayrağını da hədiyyə edib. Bayrağı öpən millət vəkili Qənirə Paşayeva bu hədiyyəni indiyədək aldığı ən dəyərli hədiyyələrdən hesab etdiyini deyərək təşəkkür edib və bundan sonra əlindən gələn dəstəyi əsirgəməyəcəyini bildirib.