Millət vəkili kimsəsiz uşaqların mənzil problemindən danışdı

Qenire

Millət vəkili Qənirə Paşayeva Parlamentdə valideyn himayəsindən məhrum olan və 18 yaşını tamamlayan uşaqların mənzil və ya yaşayış yeri ilə təmin edilməsini qaldırıb. 

Parlamentin bugünki iclasında öncə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara təbriklərini çatdıran millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyev və ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi altında uşaqların müdafiəsi istiqamətində, ortaya çıxan problemlərin həlli istiqamətində böyük işlər görüldüyünü vurğuladı. Həllini gözləyən çox önəmli bir məsələ olduğunu vurğulayan millət vəkili bu istiqamətdə təkliflərini səsləndirib. Millət vəkili Qənirə Paşayeva hər iki valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən, 18 yaşı tamam olan uşaqların yaşayış yeri ilə təmin olunması məsələsinin öz həllini gözləyən çox ciddi bir problem olduğunu vurğuladı.

Bu istiqamətdə ölkəmizin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə bu cür gənclərə böyük dəstək göstərdiyini xüsusi vurğulayaraq qanunvericilik istiqamətində də müəyyən məsələlərin öz həllin tapmasının vacibliyini vurğulayıb. Uşaq evlərində təxminən 500-dən artq bu cür uşaqların olduğunu deyən millət vəkili Qənirə Paşayeva onların 18 yaşının tamam olmasından sonra qaydalara əsasən internat məktəbini, uşaq evlərini tərk etmək məcburiyyətində olmaları, gedəcəkləri yerlərinin olmadığını və onların yaşayış yerləri, mənzillə təmin edilmələrinin vacibliyini vurğulayıb. 18 yaşlı uşaqların hələ də uşaq evlərində yaşamağa davam etməsi problemdir deyən millət vəkili Qənirə Paşayeva biz o uşaqların gələcəyi ilə bağlı daha çox düşünməli və onların yaşayış yeri ilə təmin olunması məsələsi öz həllini tapması üçün qanunvericilik istiqamətində addımlar atmalıyıq. Bunu üçün ölkəmizin lazımi imkanları da var deyən millət vəkili Qənirə Paşayeva bu məqsədlə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa müəyyən əlavə və dəyişikliklərin edilməsi və ya “Mənzil məcəlləsinə” müəyyən dəyişiklərlə bu problemin qanunvericilik çərçivəsində köklü həllini tapmasının vacibliyini və bu məsələnin tez bir zamanda öz həllini tapmasının önəmini vurğulayıb.

O bildirib ki, qanunvericilik edilən dəyişikliklə 18 yaşına çatmış və hər iki valideyn himayəsindən mərhum uşaqların yaşayış yeri və ya mənzillə təmin olunması konkret öz əksini və həllini tapması lazımdır. Eyni zamanda hətta internat evlərində yaşamasalar belə hər iki valideyn himayəsindən məhrum olunmuş 2 gənc ailə həyatı qurduqda onların dövlət tərəfindən mənzillə təmin olunması məsələsi öz həllini taparsa bu çox müsbət addım olardı. Çünki belə gənclər ailə dəstəyindən məhrumdurlar və onlar üçün mənzil problemini həll etmək daha da ağırdır. Millət vəkili Qənirə Paşayeva bu məsələnin öz həllini tezliklə öz həllini tapacağına inandığını deyib və həmin gənclərin böyük ümidlə bu istiqamətdə məsələlərin öz həllini tapacaqlarını gözlədiklərini deyib.