Millət vəkili nəqliyyatçılara təşəkkür etdi

Əziz nəqliyyatçılar,BNA-nin əməkdaşları və daşıyıcı şirkətlər!

XALQ.AZ xəbər verir ki Milli Məclisin deputatı Sadiq Qurbanov bilidrib ki, dünyanın hər yerində olduğu kimi ölkəmizdə də koronovirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi bir çox sahələrdə durğunluq yaradıb. Bununla yanaşı elə həyatı əhəmiyyətli obyektlər var ki, onların fəaliyyəti vacib və zəruridir. Danılmaz faktır ki, bu günümüzün əsas qəhrəmanları həkimlər,tibb işçiləri,polislər,media işçiləridir. Düşünürəm ki, bu sıraya öz sağlamlıqlarını müəyyən riskə ataraq həmin peşə sahiblərini lazımı ünvana çatdıran və daşımaların sanitariya-epidemioloji təhlükəsizliyini təmin etməklə öz işinin öhdəsindən layiqincə gələn BNA-nin,daşıyıcı şirkətlərin əməkdaşlarını və içtimai nəqliyyat sürücüləri də aid etmək olar.
Bizim sağlamlığımız üçün bütün çətinliklərə sinə gələrək öz həyatlarını riskə atan peşə sahiblərınə bir daha dərin təşəkkürümü bildirirəm