Millət vəkili NATO Parlament Assambleyasında çıxış edəcək

Azərbaycanlı deputat NATO ilə Azərbaycan arasındakı əməkdaşlıq və münasibətlərin səviyyəsi, ölkəmizin Avroatlantik məkana inteqrasiyası istiqamətində yürütdüyü siyasət, Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfə barədə NATO PA üzvlərini məlumatlandıracaq.

XALQ.AZ  xəbər verir ki, Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov Assambleya tərəfindən iyulun 1-də və 2-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil olunan tanıtım proqramında iştirak edəcək.
Tədbir çərçivəsində deputatımız NATO-nun siyasətinə, tərəfdaşları ilə münasibətlərinə, həyata keçirdiyi əməliyyatlara, Alyansın Parlament Assambleyası ilə əməkdaşlığına həsr olunan müzakirələrdə, habelə təşkilatın yüksək vəzifəli mülki və hərbi rütbəli rəsmi şəxsləri, o cümlədən quruma üzv olan dövlətlərin daimi nümayəndələri ilə görüşlərdə iştirak edəcək.

B görüşlərdə azərbaycanlı parlamentari aktiv iştirak edəcək və Azərbaycanın NATO ilə əməkdaşlığı, yürütdüyü siyasət və digər maraqlarımıza uyğun məsələlər barədə mövqeyini səsləndirəcək.

 

Orxan