Millət vəkili nazirliyə müraciət etdi

Qeyd etdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz şəxslərin yardım almaq üçün www.e-sosial.az qeydiyyatı aparılır.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayevə seçicilərin müraciətinə əsasən qeydiyyata düşə bilməyənlərə və “Çağrı mərkəzi”nə edilən zənglərdə yaranan problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlayıb. Deputat bilidirb ki, tez bir zamanda bu problem aradan qalxacaq. Vətəndaşların qısa zaman çərçivəsində müraciətlərinin sayının hədsiz dərəcədə çox olduğunu nəzərə alaraq sistemdə texniki problemlər yaranmışdır. Narahat olmayın, bütün vətəndaşların müraciətləri təmin ediləcək.