Millət vəkili Qənirə Paşayeva həmkarlarını təbrik etdi

Millət vəkili Qənirə Paşayeva yüksək vəzifələrə təyin edilən deputat həmkarlarını təbrik edib.

XALQ.AZ xəbər verir ki, Qənirə xanım Paşayeva səfərdə olmasına baxmayaraq, 4 keçmiş həmkarına yeni işlərində uğur arzulayıb:

“Avstraliyada səfərdəyik. 4 dəyərli həmkarımın cənab Prezidentimiz tərəfinden yüksək vəzifələrə təyin olunmasına çox sevindim. Hamısı layiqlidir həmin vəzifələrə”.

Q.Paşayeva yeni təhsil naziri Ceyhun Bayramovu da təbrik edib:

“Təhsil naziri vəzifəsinə təyin olunan Ceyhun Bayramov yaxşı bir ziyalıdır və ona uğurlar diləyirəm! Ölkəmiz üçün xeyirli-uğurlu olsun!”

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə deputat Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, Muxtar Babayev isə Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə təyin ediliblər.

 

Elgün