Millət vəkili qan verdi –Fotolar

Millət vəkili Bəhruz Məhərrəmov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qanvermə ilə bağlı çağırışına və TƏBİB rəhbərliyinin bu məzmunda çıxışına cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirilmiş qanvermə aksiyasına qoşulub.

XALQ.AZ xəbər verir ki, deputat hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qan verib.

Millət vəkili bildirib ki, Azərbaycan Respublikasının I Vitse-Prezidenti Mehriban xanım Əliyevanın sözü ilə desəm, hazırda “bir insan həyatının xilaskarı olmanın” qürurunu yaşamaqdayam!
Belə ki, bu gün biləsuvarlıların təmsilçisi kimi Mehriban xanımın çağırışına qoşularaq Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankıda irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə qan verdim.
İndiyədək bu çağırışa qoşulan, habelə bundan sonra dəstək olacaq hər bir soydaşımıza təşəkkür edir, vətəndaşlarımızı qanvermə aksiyasında aktiv olmağa səsləyirəm!
Həmçinin, fürsətdən istifadə edərək
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının baş həkimi dr Pərvanə Hacıyeva, TƏBİB Mikrobilologiya işçi qrupunun rəhbəri t.e.ü.f.d.Qumral Ələkbərova, baş tibb bacısı Rəmziyyə Mehdiyeva və tibb bacısı Səbinə Əsədovanın timsalında bu aksiyanı reallaşdıran bütün personala təşəkkür edir, onlara fədakar və şərəfli fəaliyyətlərində uğurlar diləyirəm!

На изображении может находиться: 1 человек, сидит

На изображении может находиться: 5 человек, люди стоят

XALQ.AZ