Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

Millət vəkili Q.Paşayeva Qovlar şəhər məktəblərinin müəllim və şagirdləri ilə görüşüb, uşaqlarımızın hərətərfli yetişməsinə diqqətimizi daha da artırmalıyıq deyib və müəllimlərə çağırış edib

Millət vəkili Q.Paşayeva Qovlar şəhərində yerləşən İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada müəllim və şagirdlərlə görüşüb. Millət vəkili Q.Paşayeva Qovlar şəhəri İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada yüksək səviyyədə aparılan təmir-bərpa işləri, yaradılmış şərait, yeni tikilimiş əlavə bina, gimnaziyada görülən işlərdən sonra şagirdlər üçün yaradılan yaxşı şəraitlə tanış olub, gimnaziyada görülən yüksək təmir-bərpa işləri, yaradılan yüksək şəraitə görə ilk öncə cənab Prezidentə təşəkkür edirik deyib. Qovlar şəhəri İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada bir müddət əvvəlki ağır vəziyyətinə toxunan millət vəkili Q.Paşayeva hamımızın müraciətini nəzərə alaraq, gimnaziyada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması, təchizatın yaxşılaşdırılması, gimnaziyada təhsil alan uşaqlar və tədris edən müəllimlər üçün ən yaxşı şərtlərin yaradılması üçün biz-tovuzluların xahişini nəzərə alaraq bu işlərin görülməsinə dəstək olan cənab Prezident başda olmaqla bütün qurumlara təşəkkür edirik deyib. Gimnaziyanın xüsusi təhsil bölməsində təhsil alan 41 nəfər sağlamlıq imkanları məhdud uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib və gimnaziyada yaradılan yüksək şəraitin onların həyatına müsbət təsir göstərəcəyinə inandığını deyib. Dövlət başçımız İ.Əliyevin və ölkəmizin 1-ci vitse-prezident Mehriban Əliyevanın uşaq evlərinə, internat məktblərinə, fiziki imkanları məhdud uşaqlara böyük diqqət və qayğısını xüsusi vurğalayan millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və özəlliklə fiziki imkanları məhdud uşaqlarımızın oxumazına, təhsil almasına daha çox dəstək olmalıyıq deyib. Millət vəkili Q.Paşayeva gimnaziyada təhsil alan sağlamlıq imkanları məhdud uşaqlarla ayrıca söhbət edib, onlara hədiyyələr təqdim edib. Q. Paşayeva Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan digər uşaqlar və müəllimlər də görüşüb, onlarla da geniş söhbətər edib. Millət vəkili Q.Paşayeva Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimlərinə müraciət edərək gimnaziyada təhsil alan uşaqlara təhsil verməklə yanaşı, onlara həssas davranmağın önəmini qeyd edib, uşaqların təhsilli, mənəvi dünyalarının zənginləşməsinə, bir şəxsiyyət kimi formalaşmalarına diqqəti artırmalıyıq və müəllimlər bu istiqamətdə xüsusi rol oynayır deyib.  Q. Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, onlara hədiyyələr təqdim edib. Q. Paşayeva müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı, onları Ramazan ayı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində və həyatlarında uğurlar arzulayıb, söhbət edib və müəllimləri maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, Qovlar şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada 780 nəfər təhsil alır, onlardan 102 nəfər aztəminatlı ailədəndir. Millət vəkili Q.Paşayeva aztəminatlı ailələrdən olan uşaqlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb, hədiyyələr təqdim edib. Millət vəkili Q.Paşayeva eyni zamanda Qovlar şəhərində yerləşən məktəblərin müəllimləri və şagirdləri ilə görüşüb, geniş fikir mübadiləsi aparılıb və uşaqlarımızın hərtərəfli yetişməsinə diqqətimizi daha da artırmalıyıq deyib. Millət vəkili müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə edib, təhsilində fərqlənən şagirdlərə isə hədiyyələr təqdim edib.