Millət vəkili seçicilərini qəbul edib

Milli Məclisin deputatı Novruz Aslanov yanvarın 11-də İsmayıllı rayonunda seçicilərini qəbul edib.

 

Deputatın qərargahından XALQ.AZ-a bildirilib ki, qəbul deputatın İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Qəbula gələn sakinlər əsasən şəxsi məişət problemləri və sosialyönümlü problemlərlə bağlı deputata müraciət ediblər. Bəzi məsələlər yerindəcə həll edilib, həlli zaman tələb edən digər məsələlərlə bağlı deputat əlaqədar qurumlara rəsmi  müraciətlərin ediləcəyini bildirib.