Millət vəkili seçicilərlə görüşdü

Millət  vəkili  Vahid  Əhmədov  Quba  rayonunda  yerləşən  ofisində  seçiciləri  ilə  görüşüb.
XALQ.AZ xəbər verir ki, görülmüş  və  gələcək  üçün  planlaşdırılan  işlərdən  danışan  deputat  görüşə  gəlmiş  sakinlərin çoxsaylı  suallarınıda  cavablandırıb.
Görüşdən  sonra  qəbula  yazılmış  57 seçici  deputat  tərəfindən  təkbətək  qəbul  edilib. Qəbulda qonşu Xaçmaz və Qusar rayonundan olan vətəndaşlar da  iştirak edib. Qəbul zamanı sakinlər bank kreditləri, işədüzəlmə, əlilliyin təyin olunması, ev tikintisi üçün torpaq sahələrinin ayrılması, ailə məişət problemləri və  s. məsələlər ətrafında deputata müraciət ediblər. Bütün  məsələlər diqqətlədə dinlənilib, qeydiyyata alınaraq həlli üçün müvafiq qərarlar qəbul edilib. “Unibank”la kredit problemləri olan Qubadlı rayonundan olan məcburi köçkün Ə.Əliyev və N.Paşayevanın müraciəti əsasında deputatın  operativ müdaxiləsindən sonra  uzun müddət öz  həllini tapmayan problem həll edilmiş, kredit  borcuna  görə   sentyabrın 25-də mənzilində çıxarılması  barəsində məhkəmə qərarının  icrası  dayandırılmış, ailəyə  böyük  sevinc  gətirib. Bu problemin həlli ilə bağlı deputatın müraciətinə  Maliyyə Bazarlarına  Nəzarət  Palatasının Direktorlar  Şurasının  İcraçı direktoru İbrahim Alışovovun xüsusi həssaslıqla yanaşdıqlarını  və sonda hər iki  tərəfi qane edən qərar qəbul edilib.
Qəbuldan  sonra  Quba  rayon  İcra  Hakimiyyətində olan millət vəkili icra başçısı Ziyəddin Əliyevlə görüşüb, rayonda geniş vüsət almış quruculuq  və  tikinti  işləri  ilə  yaxından tanış olub.
Qeyd edilib ki, növbəti qəbul oktyabrda aparılacaq.

 

 

Orxan