Millət vəkili seçicilərlə onlayn görüş keçirdi

Evdəqal təlimatına əməl edən Abşeron-Qobustan seçki dairəsinin vətəndaşları ilə onlayn görüşlər həyata keçirildi.

XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı Şahin Seyidzadə seçicilərlə onlayn görüş keçirib.

Millət vəkili bildirib ki, bu gün, Abşeron rayonu üzrə Qobu, Saray, Hökməli və Ceyranbatan kənd və qəsəbələri, Qobustan rayonu üzrə isə Qobustan şəhəri və Sədəf kəndindən olan seçicilərimizlə onlayn video görüşlər keçirdik. Fərdi olaraq baş tutan görüşlərimizdə məşğulluq sahəsi üzrə iş müraciətləri, hüquq sahəsi üzrə məhkəmə və aliment prosesləri, mədəniyyət sahəsi üzrə tarixi abidələrin restavrasiyası və təmiri ilə bağlı, sosial məsələlər üzrə sosial yardımlar, ev növbəsi mövzuları, həmçinin tibb və təhsil sahələri ilə bağlı ilkin müraciətlər ətraflı dinlənilib.

Qeyd edim ki, hal-hazırda qüvvədə olan karantin rejimi ilə bağlı bu tipli görüşlər bizə daxil olan müraciətlər əsasında seçicilərimizlə davamlı olaraq keçiriləcəkdir.

На изображении может находиться: 7 человек, селфи и часть тела крупным планом

XALQ.AZ