Millət vəkili toyda-FOTOLAR

04

 

Millət vəkili Qənirə Paşayeva məşhur futbolçu, Türkiyənin millət vəkili Hakan Şükürün oğlu Ömərin sünnət toyunda iştirak edib.

ANS PRESS-in məlumatına görə, Qənirə xanım toydan görüntülərini sosial şəbəkədə paylaşıb. Fotolarda onun Haluk Ulusoy, Acun İlıcalı, Jalə Parıltı, türk futbolunun imperatoru Fatih Terim və həyat yoldaşı ilə mehriban ünsiyyət qurduğu görünür.

Qeyd edək ki, toyda türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı da iştirak ediblər.

1009

0806