Millət vəkilinin ailəsindən xoş xəbər (FOTO)

Q-1

Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayevanın ailəsində xoş xəbər var.

XALQ.AZ-ın məlumatına görə, sosial şəbəkələrin aktiv istifadəçilərindən olan Qənirə xanım dördüncü dəfə bibi olub. Millət vəkili bu barədə şəxsi Facebook səhifəsində izləyiciləri ilə xoş xəbəri paylaşıb. O bildirib ki, qardaşı Aslanın övladı olub:

“Ailəmizə yeni bir mələk gəldi və Allah mənə 4-cü dəfə bibi olmağın sevincini yaşatdı. Dünyaya və ailəmizə xoş gəldin, mələk! Atan Aslana, anan Günelə, ailəmizə, millətimizə və dövlətimizə xeyirli bir övlad, yaxşı oğul ol, inşallah! Dünya çox mürəkkəb olsa da, səni sevənlərin sevgisi və ən əsası, yaradan hər zaman səni qoruyacaq deyə inanıram! Bu gün mələklərimin üçü – Banuçiçək, Məhinbanu və Ələsgər ilə bərabər yeni mələklə gözəl bir axşam keçirdik. Elə qəribə baxırdı ki… Heç nə anlamasa da, gülümsəyirdi onu əzizləyərək dediyimiz sözlərə…”- yazaraq Qənirə Paşayeva xoş xəbər paylaşıb.

Qeyd edək ki, millət vəkilinin izləyiciləri xanımı təbrik ediblər.

Q-2

Q-3

Q-1