Millət vəkilinin Baş nazirə müraciəti müsbət həllini tapdı

“Astara şəhər Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin adının verilməsi ilə bağlı rayonun bir çox ziyalıları Mədəniyyət komitəsinin sədri olaraq mənə müraciət ünvanlamışdılar”

XALQ.AZ xəbər verir ki bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı baş nazir Əli Əsədova Mədəniyyət komitəsi adından Rəşad Mahmudovla birgə Mədəniyyət komitəsi adından müraciət edib.

“Astara rayonunu təmsil edən millət vəkili həmkarım, dəyərli ziyalı Rəşad Mahmudovla bu məsələ ətrafında söhbətimiz zamanı ziyalıların müraciətinin müsbət həllini tapmasının rayon sakinləri arasında məmnunluqla qarşılanacağını bildirmişdi. Bu məsələyə baxılması xahişi ilə hörmətli baş nazir Əli Əsədova Mədəniyyət komitəsi adından etdiyimiz müraciət öz müsbət həllini tapmışdır. Oqtay Kazimi Astarada doğulub və doğma şəhərdə adının əbədiləşdirilməsi, habelə bu xəbərin onun anım günü ərəfəsində eşitməyimiz bizdə xüsusi məmnunluq doğurur. Görkəmli bəstəkarımıza ulu Tanrıdan rəhmət diləyərkən, onun adını daşıyacaq məktəbdə musiqi təhsili alacaq şagirdlərə isə böyük gələcək arzulayırıq”.

Məsələnin müsbət həll tapdığı üçün millət vəkili baş nazirə təşəkkür edib.

“Hörmətli Baş nazirimiz Əli Əsədova Mədəniyyət Komitəsi və Astara rayon ziyalılarının müraciətinə bu cür həssas münasibətindən dolayı təşəkkür edir, məsuliyyətli və şərəfli işində uğurlar arzulayırıq”.

Görüntünün olası içeriği: 1 kişi, takım elbise ve yakın çekim

XALQ.AZ