Millət vəkilinin mandatı ləğv olundu

 

96

 

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 

Xalq.az  SalamNews-a istinadən xəbər verir ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib. Gündəliyə əsasən MSK-nın oktyabrın 16-17-də keçirilmiş iclasının protokolları təsdiq edilib.
MSK katibi Arifə Muxtarova 4-cü çağrış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədovun səlayiyyətlərinə xitam verilməsi haqqında məlumat verib.
Bundan əlavə 14 saylı Xəzər Dairə Seçki Komissiyasının tərkibində dəyişikliklər olunub, MSK-ya daxil olan müraciətlərə baxılıb, eyni zamanda qarşıda duran digər önəmli məsələlər müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.