Millət vəkili Fatma Yıldırım Bərdədə vətəndaşlarla görüşdü
Milli Məclisin deputatı Fatma Yıldırım vətəndaşlarla görüş keçirdi.
XALQ.AZ məlumat verir ki, millət vəkili Bərdə rayonu Şatırlı və Kürdborakı kəndlərində seçicilərin növbəti qəbulunu keçirib. Vətəndaşlarla görüşün səmərəliliyinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri və aidiyyəti üzrə idarə rəhbərləri də qəbulda iştirak etmişdir.
Seçicilərlə görüş zamanı onların müraciətləri diqqətlə dinlənilmiş və müvafiq qeydlər götürülmüşdür, qaldırdıqları məsələlərə qanunvericilik çərçivəsində baxılması məqsədilə aidiyyəti qurumlara sorğular göndəriləcəyi diqqətə çatdırılmışdır.