media-45
Türkiyə Respublikasının Azərbaycandakı səfiri  Birol Akgün və xanımı Zühre Akgün tərəfindən səfirlikdə  təşkil olunmuş deputatlara görüş keçirilib.
 XALQ.AZ məlumat verir ki, bu barədə Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.
Millət vəkili qeyd edib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan tarixi qardaşlıq əlaqələri, doğma ənənələr, iki ölkənin hazırki yüksək səviyyəli münasibətləri, Prezidentlər cənab İlham Əliyev və cənab Recep Tayip Erdoğanın timsalında getdikcə daha da inkişaf edən və güclənən bərabərliyimiz, türk dünyası birliyi və s. mövzular ətrafında fikir mübadiləsi apardıq, ölkələrimizə daim sabitlik, sülh və əmin-amanlıq arzuladıq.
Dəvətə görə Türkiyənin Azərbaycandakı səfiri cənab Birol Akgün və xanımı Zühre Akgüne minnətdarlığımızı bildirirəm deyə qeyd edib.
media-44 media-45 media-46 media-47

media-ads728x90

Bənzər xəbərlər