Milli Məclis fevralın 1-də toplanacaq

Milli Məclisin 2019-cu ildə keçiriləcək yaz sessiyasının ilk iclasının vaxtı müəyyənləşib.

XALQ.AZ xəbər verir ki, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qeyd edək ki, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.