Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılır

Milli Məclis “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini mayın 31-də müzakirə edəcək.

XALQ.AZ  xəbər verir ki, bu barədə parlamentin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov məlumat verib.

Milli Məclis sədri xatırladıb ki, bu gün – mayın 30-da keçirilən plenar iclasın davamı mayın 31-də keçiriləcək:

“Gündəliyə daxil olan 26 məsələdən 25-nə bu gün baxıldı. Sabah yalnız “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə ediləcək”.