Milli Məclisdə görüş keçirilir

Bu gün Milli Məclisdə təmsil olunan partiya sədrləri və nümayəndələri ilə görüş keçirilir.

XALQ.AZ xəbər verir ki, bu barədə  Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə məlumat verib.

O bildirib ki, bu gün Milli Məclisin inzibati binasında parlamentdə təmsil olunan partiya sədrləri və nümayəndələri ilə görüş keçiriləcək.

Qeyd edək ki. Hazırda parlamentdə 12 siyasi partiya təmsil olunur. Bunlar aşağıdakılardır:

1. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev);

2. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı);

3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (sədr Qüdrət Həsənquliyev);

4. Demokratik İslahatlar Partiyası (sədr Asim Mollazadə);

5. Böyük Qurtuluş Partiyası (sədr Fazil Mustafa);

6. Milli Dirçəliş Hərəkatı Partiyası (sədr Fərəc Quliyev);

7. Ana Vətən Partiyası (sədr Fəzail Ağamalı);

8. Vətəndaş Birliyi Partiyası (sədr Sabir Haclıyev);

9. Azərbaycan Sosial Rifah Partiyası (sədr Xanhüseyn Kazımlı);

10. Vəhdət Partiyası (sədr Tahir Kərimli);

11. Azərbaycan Demokratik Maarifçilik Partiyası (sədr Elşən Musayev);

12. Azərbaycan Sosial Demokrat Partiyası (sədr Araz Əlizadə);

 

 

Orxan