Milli Məclisdə iki qanun layihəsi müzakirə edilir

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 14-də növbəti iclası keçirilir.

XALQ.AZ –ın xəbərinə görə, iclasın gündəliyinə doqquz məsələ daxil edilib.

Həmin məsələlər arasında iki yeni qanun layihəsi – “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” qanun layihələri də var.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bir müddət öncə mətbuata açıqlamasında da “Texniki tənzimləmə haqqında” qanun layihəsi üzərində işlər getdiyini və onun parlamentin müzakirələrinə təqdim olunacağını bildirmişdi.

RƏSUL


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.