Milli Məclisin deputatı Çin universitetinə daxil oldu

Naqif Hemzeyev

Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev Çinin məşhur Renmin Universitetinə daxil olub.

XALQ.AZ xəbər verir ki, N.Həmzəyev açıqlamasında deyib ki, universitetdə Çin dili, siyasəti və iqtisadiyyatını öyrənəcək.

“Gələcəkdə çox faydası olacağını düşünürəm. Karantin olduğu üçün onsuzda dərslər onlayn keçiriləcək. Gələcəkdə də dərsləri onlayn seçəcəm. İndi elə dövrdə yaşayırıq ki, hər zaman öz üzərində işləmək və yeni biliklər əldə etmək çox vacibdir” – N.Həmzəyev qeyd edib.