Milli Məclisin deputatı vəfat edib

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.

XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov bu gün müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/