Milli Məclisin deputatları ABŞ-a getdi

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sahibə Qafarova və Asim Mollazadə martın 23-də ABŞ-ın paytaxtı Vaşınqton şəhərinə  səfər ediblər.

XALQ.AZ xəbər verir ki, Milli Məclisdən  verilən məlumata görə, deputatlar ABŞ Konqresində bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, digər məsələlərlə bağlı müzakirələr aparacaq, qanun yaradıcılığı sahəsində təcrübələrini bölüşəcəklər.
Səfər martın 30-da başa çatacaq.

Orxan