Milli Məclisin komitə sədri tar çaldı-Video

O, “QəbuldASAN” verilişinin qonağı olub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat, akademik Ziyad Səmədzadə “ASAN Radio”da yayımlanan “QəbuldASAN” verilişinin qonağı olub.

XALQ.AZ  xəbər verir ki, verilişdə ona ünvanlanan sualları cavablandıran Ziyad Səmədzadə tarda öz bacarığını da nümayiş etdirib.

Komitə sədrinin tarda ifası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Verilişdə çıxış edən Komitə sədri zarafatla bildirib ki, bu ifadan sonra ona gələn sifarişlərin sayı arta bilər:

“Qorxuram ki, bu ifadan sonra sifarişçilər çoxalsın, amma mənim vaxtım yoxdur”.

Qeyd edək ki, tanınmış bəstəkar Aygün Səmədzadə Ziyad Səmədzadənin qızıdır.

https://youtu.be/_r_MM6ipakE

 

Orxan