Milli Məclisin növbəti iclası keçiriləcək

Bu gün – fevralın 19-da Milli Məclisin növbəti iclası keçiriləcək. XALQ.AZ xəbər verir ki, iclasın gündəliyinə 27 məsələ daxil edilib.

Qeyd edək ki, müzakirəyə çıxarılan əsas qanun layihələrindən biri pensiyalarla bağlıdır. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.

Layihəyə əsasən, “Əmək pensiyaları haqqında” qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir:

“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Maddənin hazırki mətni isə belədir: “Əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur”.

Dəyişiklik layihəsi bu gün deputatların müzakirəsinə çıxarılacaq.

Bu dəyişiklik nəticəsində Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq və nəticədə 233 min nəfərin pensiyasında artım olacaq.

Ümumilikdə 233 min pensiyaçıdan (o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxs) 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım olacaq.

Pensiyanın minimum məbləğinin artımı 2019-cu il 1 mart tarixindən hesablanacaq.

Milli Məclisin bu gün müzakirə edəcəyi qanun layihələri aşağıdakılardır:

1. Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında;

2. “Kitabxana işi haqqında” qanun layihəsi (III oxunuş);

3. Əmək Məcəlləsinə dəyişiklik;

4. “Dövlət rüsumu haqqında” qanun layihəsi (III oxunuş);

5. “Patent haqqında” qanun layihəsi (III oxunuş);

6. “Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişiklik;

7. “Azərbaycan Respublikasında Dövlət dili haqqında” qanuna dəyişiklik;

8. Cəzaların İcrası Məcəlləsinə dəyişiklik;

9. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

10. “Milli Məclisin komitələri haqqında” qanun layihəsi (IIIoxunuşda);

11. “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” qanun layihəsi (IIIoxunuşda);

12. “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihəsi (III oxunuşda);

13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi (II oxunuşda);

14. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsi (II oxunuşda);

15. “Gənclər siyasəti haqqında” qanun layihəsi (II oxunuşda);

16. “Reklam haqqında” (II oxunuşda);

17. Əmək Məcəlləsinə dəyişiklik;

18. “Kitabxana işi haqqında” qanun layihəsi (II oxunuşda);

19. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun layihəsi (I oxunuşda);

20. İnzibati Xətalar məcəlləsinə dəyişiklik;

21. “Ümumi təhsil haqqında” qanun layihəsi (II oxunuşda);

22. “Telekommunikasiya haqqında” qanun layihəsi (I oxunuşda);

23. Cinayət Məcəlləsinə dəyişiklik;

24. Mülki Prosessual Məcəlləsinə dəyişiklik;

25. “İpoteka haqqında” qanun layihəsi (I oxunuşda);

26. “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik;

27. “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.