Milli Məclisin növbəti iclasının gündəliyi

Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gündəliyə 19 məsələ daxildir.

Aprelin 9-da Hesablama Palatasının hesabatı təqdim olunacaq.

Bundan başqa gündəliyə Ailə, Vergi, İnzibati Xətalar, Su, Meşə və Əmək məcəllələrinə, o cümlədən “Gömrük taarifi haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Balıqçılıq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Kənd təsərrüfatı kooperasiyaları haqqında”, “Avtomobil yolları haqqında” və digər qanunlara dəyişikliklər daxil edilib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.