Milli Məclisin növbəti üç iclasının gündəliyi – Siyahı

Milli Məclisin noyabrın 13-ü, 14-ü və 15-i tarixlərində keçiriləcək iclasının gündəliyi müəyyənləşib.
XALQ.AZ xəbər verir ki, bu barədə modern.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Qurum rəsmisi bildirib ki, parlamentin noyabrın 13-ü, 14-ü və 15-i tarixlərində keçiriləcək iclasının gündəliyinə 7 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. ”Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi;
2. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsi;
3.  “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsi;
4. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi;
5.  Milli Məclisin 2019-cu il üçün xərclər smetası;
6. Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası;
7. “İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi.
Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.