Milli Məclisin payız sesssiyasının ilk iclasının vaxtı dəyişəcək

Milli Məclisin payız sesssiyasının ilk iclasının vaxtında dəyişiklik ediləcək.

Sentyabrın 30-u istirahət gününə düşdüyündən parlamentin payız sessiyasının ilk iclasının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur. Milli Məclisinin Daxili Nizamnaməsində göstərilib ki, Konstitusiyanın 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq parlament hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər fevralın 1-i vəsentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonragələn birinci iş günüöz işinə başlayır.

Qeyd etdiyimi kimi, bu il sentyabrın 30-u istirahət gününə düşdüyündən parlamentin payız sessiyasının ilk iclasının oktyabrın 1-də keçirilməsi nəzərdə tutulur.
Milli Məclis hazırda yay tətilindədir. Deputatlar iyulun 15-dən rəsmən məzuniyyətdə sayılacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.