Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı

Milli Məclisin aprelin 23-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

XALQ.AZ  xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxildir.

Gündəliyə daxil olan məsələlər “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında” qanun layihəsi, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Standartlaşdırma haqqında” və s. qanunlara, o cümlədən Mülki, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.