Milli Məclisin təntənəli iclası olacaq

Azərbaycan Parlamentinin 100 illiyinə həsr edilən təntənəli iclasın keçirilməsi ilə bağlı bir sıra ölkələrin parlamentlərinə dəvət göndərilib.
XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, sentyabrın 20-də keçiriləcək iclasda xarici ölkələrin parlamentlərinin spikerilərinin, nümayəndə heyətlərinin iştirakı gözlənilir.
A.Təvəkküloğlu qeyd edib ki, yubileylə bağlı film, kitab və broşürlər hazırlanır.
Orxan