Milli Məclisin yaz sessiyası başa çatır

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.

XALQ.AZxəbər verir ki, iclasda bir məsələ  – “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-də yekunlaşır.

Bu il Milli Məclisin növbədənkənar iclaslarının çağırılacağı da gözlənilir.

Parlamentdən verilən məlumatda iyun ayında Milli Məclisin iki növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulur.

Daha sonra deputatlar yay tətilinə çıxacaqlar. Parlamentarilər iyulun 15-dən avqust ayının 30-dək tətildə olacaqlar.