Milli Məclisə rəsmi Amnistiya müraciəti daxil olub

Milli Məclisə Amnistiya Aktının qəbul edilməsi ilə bağlı rəsmi müraciət daxil olub.

 

XALQ.AZ xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili  (Ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə rəsmi müraciət edib.

 

Qeyd edək ki,Azərbaycanda  indiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu akt 2016-cı ildə I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilib.

 

 

Orxan