Milli Məclisə yeni sədr müavinləri seçildi

Milli Məclisə yeni sədr müavinlərinin seçilməsi məsələsi müzakirə olunub.

XALQ.AZ xəbər verir ki, səsvermə nəticəsində Milli Məclis Sədrinin birinci müavini vəzifəsinə deputat Əli Hüseynli seçilib. Deputatlar Adil Əliyev və Fəzail İbrahimli Milli Məclis Sədrinin müavinləri seçiliblər.

Adil Əliyev bitərəflərin namizədi, Fəzail İbrahimli isə parlamentdə azlıq təşkil edən partiyaların namizədi kimi vitse-spiker olaraq işlərini davam etdirəcəklər.