Milli Məclis 18 dekabrda bu məsələlərə görə iclas çağırıb-Siyahı

Milli Məclisin dekabrın 18-də keçiriləcək iclasının gündəliyi məlum olub.
XALQ.AZ xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
Qurum rəsmisi bildirib ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Respublikasının Prezidenti Vladimir Putinin imzaladığı “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatın” təsdiq  edilməsi barədə”;
2.  “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Sazişin təsdiq edilməsi barədə”;
3. “”Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (III oxunuşda);
4. “”Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);
5. “”Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);
6.  “”Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);
7. “”Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda);
8. “”Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);
9. “”Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” (III oxunuşda);
10. “”Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);
11. “”Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);
12. “”Milli Məclisin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);
13. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (I oxunuşda);
14. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi;
15. “”Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə” (III oxunuşda).
Orxan