Milli Məclis korrupsiyaya qarşı mübarizə aparacaq deputatları seçir – ADLAR

Milli Məclis bu gün növbədənkənar sessiyanın növbəti plenar iclasına toplaşacaq. 

XALQ.AZ-ın məlumatına görə, iclasın gündəliyinə 4 məsələ daxildir. Bunlar aşağıdakılardı:

1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında.

2.“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

3. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Əminə Ağazadə, Elşad Mirbəsiroğlu, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Şəfa Mirzəyevin Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.

Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilib və fəaliyyət göstərir.

Komissiyanın 5 üzvü Azərbaycan Prezidenti tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Hazırda Komissiyanın sədri, Prezident Adsministrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevdir.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi hazırda aşağıdakı kimidir:

Azərbaycan Repsublikası Prezidenti tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Ramiz Mehdiyev  Komissiyanın sədri
Vilayət EyvazovAzərbaycan Respublikasının Daxili işlər naziri
Şahin ƏliyevPrezidentinin Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Fuad ƏləsgərovAzərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri
Əli NağıyevAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Ziyafət ƏsgərovMilli Məclisin deputatı
Əli ƏhmədovAzərbaycan Respublikasının Baş nazirinin müavini
Lətif HüseynovAvropa İnsan Hüquqları Məhkəməsinin hakimi
Əli HüseynovMilli Məclisin I vitse-spikeri
Bəxtiyar ƏliyevMilli Məclisinin deputatı

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş Komissiya üzvləri:
Fərhad AbdullayevAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
Fikrət MəmmədovMəhkəmə Hüquq Şurasının Sədri, Ədliyyə naziri
Zakir QaralovKeçmiş baş prokuror
Ramiz RzayevAzərbaycan Respublikası Ali Məhkəməsinin sədri
  
Kamal CəfərovKorrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi