Milli Məclis Mehriban Əliyevanın təşəbbüsünə qoşuldu

Milli Məclis Birinci vitse-prezident Mehriban Əliyevanın qanvermə aksiyası ilə bağlı təşəbbüsünə qoşulub.

XALQ.AZ xəbər verir ki, bu haqda Milli Məclisin Feysbuk səhifəsində məlumat verilib.

Məlumatda deyilir:

“Sabah saat 12-də Milli Məclisin binasında qanvermə askiyası keçiriləcək. Deputatlar və Milli Məclisin Aparat işçiləri bu aksiyada iştirak edərək qan verə bilərlər”.